İranda etirazçılar radikal qüvvələrin bazasına od vurdular - VİDEO

 

İranın Bəndər Abbas şəhərində etirazçılar xalqa divan tutan radikal “Bəsic” qüvvələrinin bazasına od vurublar.

"Demokratikmusavat.com" “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, etirazçılar “Bəsic” qüvvələrinin bazasına 6 “Molotov kokteyli” atıblar.

Sözügedən bazanın içindən alov qalxıb və bütün bazanın yandığı müşahidə edilib.

Etirazçılar bazaya hücum etməklə “Bəsic” qüvvələrində qorxu və təşviş yaradıblar.

Demokratikmusavat.com
 
 
0.11945796012878