"Problemdən danışmaqdan qorxmayaq, bəzən direktorlar məlumat vermir"

 

"Məktəbin daxilində olan problemlərdən bizim yaxşı məlumatımız var. Bu problemlər aşağı-yuxarı bütün məktəblərdə eynidir". 

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri təhsil nazirliyinin müşaviri Rüstəm Ağayev “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı deyib.

"Bizim koordinasiya və kommunikasiya problemimiz var. Biz gərək problemlərdən danışmaqdan qorxmayaq. Biz problemlərdən danışmadıqca, bu, azalmayacaq.

Bəzi vaxtlarda direktorları hansısa səbəblərdən məlumatları ötürmək istəmirlər, bəzən vaxtında reaksiya verilmir. Təklif vermişəm ki, xüsusi hallarda komissiyanı Respublika üzrə edək. Burada müxtəlif dövlət qurumlarının nümayəndələri və s. olmalıdır.

Bəzən valideynlər hesab edir ki, uşağın problemlərini yalnız məktəb həll etməlidir. Amma bu işi, tək məktəb, nazirlik görə bilməz",- deyə o əlavə edib.

Billurə Yunus

0.19371604919434