Azərbaycanda uşaqların müdafiəsindəki əsas problem: qurumların əlaqəsi çevik deyil

 

YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov uşaqların müdafiəsidəki əsas problemləri açıqlayıb.

"Demokratikmusavat.com" xəbər verir ki, o, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı sözügedən problemləri sadalayıb:

"Uşaq müdafiəsindəki əsas problemlərdən biri bu sahədə qurumlararası (təhsil, icra hakimiyyəti, polis, sosial müdafiə, səhiyyə) çevik əlaqələndirilmiş fəaliyyət mövcud deyil.

Digər tərəfdən uşaq müdafiəsinə cavabdeh qurumların məsul şəxslərinin uşaq hüquqları və uşaqyönümlü yanaşma sahəsində səriştəsi qənaətbəxş deyil.

KİV-də və sosial mediada uşaqların mənafeyinə zidd davranışların, stiqmanın, zorakılığa məruz qalan uşaqlarla bağlı məxfiliyin pozulması, uşaqların əlavə psixoloji travma alması, əlilliyi olan uşaqlara yanlış münasibət və s. halların geniş yayılması da bu problemlər sırasındadır.

Eyni zamanda müxtəlif səbəblərdən (yoxsulluq, valideyn məsuliyyətsizliyi, sosial təhlükəli vəziyyətdə olan ailələr, sosial normalar) uşaqların, xüsusilə qızların təhsil yayınması uşaq müdafiəsi sahəsindəki əsas problemlərdən biridir",- deyə o əlavə edib.

Billurə Yunus

0.16032290458679