Məktəblərdəki istilik problemi ilə bağlı BŞTİ-dən AÇIQLAMA

 

"Payız-qış mövsümü il bağlı artıq  hazırlıq işlərinə başlanılıb".

"Demokratikmusavat.com" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

"Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi, "Azəriqaz" İB, “Azəristiliktəchizat” ASC kimi dövlət qurumları  birgə görüş keçiriblər. Hazırda test edilmək üçün təhsil müəssisələrinə qaz verilib. Biz artıq yerli problemləri görüb onun həllinə yönəlirik. Düşünürük ki, proses düzgün nizamlanacaq və uşaqlarımız təhsilini isti bir mühitdə davam etdirəcəklər", - deyə o söyləyib.

Billurə Yunus

0.40310096740723