Fransadan İrana sərt reaksiya

 

PUA-ların Rusiyaya verilməsi BMT TŞ-nin qətnaməsinin pozulması deməkdir

Fransa Xarici İşlər Nazirliyi İrana məxsus PUA-ların Rusiyaya təhvil verilməsini BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranın nüvə sazişini təsdiq edən qətnaməsinin pozulması kimi dəyərləndiriləcəyini bəyan edib.

“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Fransa XİN sözçüsü Ann-Kler Legendre deyib.

Rusiya silahlı qüvvələrinin Ukraynada İran PUA-larından istifadə etməsi ilə bağlı çoxlu sayda faktları qeyd edən rəsmi Paris bildirib ki, PUA-ların Rusiyaya tədarükü də BMT TŞ-nin 2231 saylı qətnaməsini pozur.

O əlavə edib ki, Fransa öz avropalı tərəfdaşları ilə İrana məxsus PUA-ların Rusiyaya verilməsinə necə cavab vermək barədə danışıqlar aparır.

Mürtəza
Demokratikmusavat.com

0.13499999046326