Kənd camaatı olaraq təngə gəlmişik” - Göyçayda özbaşınalıq

 

Kənd camaatı olaraq təngə gəlmişik” - Göyçayda ÖZBAŞINALIQ

Demokratikmusavat.com bildirir ki, Göyçay rayonu Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu və bir qrup kənd sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər bildirirlər ki, Qaraxıdır kənd Bələdiyyəsinin sədri İbrahimov Qurban İbrahim oğlu kəndin örüş sahəsini, yəni 60 hektar torpaq sahəsini qeyri-qanuni şəkildə zəbt edərək, satışa çıxarıb.

Onlar deyirlər ki, bununla bağlı Prezident Administrasiyasına edilən müraciətdən sonra, bələdiyyə sədrinə ərazinin örüş sahəsi üçün açılması göstərişi verilsə də, Q.İbrahimov PA-nın göstərişinə əməl etmir.

“Kənd camaatı olaraq təngə gəlmişik”, - deyən şikayətçilər “Hürriyyət” vasitəsilə yetkili qurumlara bir daha müraciət edərək, onları problemlərinin həllinə dəstək verməyə çağırırlar..!

0.15273213386536