"Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
Demokratikmusavat.com xəbər verir ki, hərrac noyabrın 6-da baş tutacaq.
Hərraca banka məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında yerləşən 2 389,8 kv.metrlik qeyri-yaşayış sahəsi çıxarılacaq.
Əmlaka 1,105 milyon manat qiymət qoyulub.