Avropa İttifaqı müşahidəçiləri İrəvana gedib

 
“Aİ müşahidəçilərinin qabaqcıl qrupu İrəvana gəlib”.
 
Demokratikmusavat.com ” xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında yazıb.
 
“27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə Toivo Klaar bildirib.
 
 
0.13177394866943