Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - FOTO

 

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

"Demokratikmusavat.com" "APA"-ya istinadla xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elməddin Əhmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan Elməddin Əhmədov Göygöl Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, Göygöl DAİM-in əvvəlki direktoru Atəş Avazov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Göygöl DAİM-ə yeni direktor təyin olunub

0.25430607795715