Lukaşenkodan dünya müharibəsi ilə bağlı çağırış: Düşünməliyik, fəlakətlidir…

 

“Sovet İttifaqının dağılmasından sonra öz qələbəsindən məst olan kollektiv Qərb idarəetmə nəzarətini itirdi, qlobal tənzimləyici və sabitliyin təminatçısı funksiyasının öhdəsindən gələ bilmədi. İndi isə bunların acısını bütün dünya ödəyir”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində deyib.

Onun sözlərinə görə, Qərbin başqa ölkələrdə dövlət çevrilişi təşkil etmək təcrübəsi və sanksiyaları üçüncü dünya müharibəsi risklərini daşıyır.

“Üçüncü dünya müharibəsində qalib olmayacaq və bunu hamı düşünməlidir, çünki təhlükəsizlik vəziyyəti təkcə Avropada deyil, bütün dünyada fəlakətli şəkildə pisləşir”, - Lukaşenko qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.15073394775391