Paralel.az "ın məlumatına görə, Pakistan Milli Bankının Bakı Filialı könüllü ləğv edilməsi barədə bəya ..."> Paralel.az "ın məlumatına görə, Pakistan Milli Bankının Bakı Filialı könüllü ləğv edilməsi barədə bəya ...">

Bankdan bağlanma qərarı ilə bağlı AÇIQLAMA

 
Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına (Filial) verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib.

Demokratikmusavat.com ın məlumatına görə, Pakistan Milli Bankının Bakı Filialı könüllü ləğv edilməsi barədə bəyanat yayıb. 

Bəyanatda qeyd olunur ki, filial 2005-ci ildən etibarən öz müştərilərinə bank xidmətləri təqdim etməklə yanaşı, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında iqtisadi münasibətlərin genişləndirilməsinə öz töhfəsini verib:

"Qeyd olunmalıdır ki, ana bankımız olan Pakistan Milli Bankının müvafiq qərarı təkcə Bakı Filialı ilə əlaqədar deyil, həm də Orta Asiya ölkələrində olan Almatı, Aşqabad, Bişkek və Düşənbə filiallarının fəaliyyətinə xitam verilməsi və bu ölkələrin maliyyə bazarlarından çıxış üzrə strateji yanaşmaya uyğun olaraq qəbul edilib. Bu strateji yanaşmadan irəli gələrək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada Pakistan Milli Bankı tərəfindən Filialın bank lisenziyasının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlanıb. Sözügedən müraciət əsasında, yuxarıda qeyd olunduğu kimi, Filialın bank lisenziyası ləğv edilib.

Azərbaycan Respublikasının qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Filialın könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcək. Bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunub. Filialın likvid aktivləri hesabat tarixinə 6,7 mln. manat olmaqla, cəmi öhdəliklərin icrasına tam imkan verir".
0.20951890945435