Prezidentin bu siyasəti Türk xalqlarının inteqrasiyasına xidmət edir-Açıqlama 

 

“Azərbaycanın Türk dövlətləri arasında strateji əlaqələri sürətlə inkişaf etməkdədəir. Bu özünü istər qarşılqılı səfərlərə olsun, istərsə də əməkdaşlığın  daha da inkişaf etdirilməsi istiqamətində real addımlar atılması  baxımından  özünü göstərməkdədir.  Münasibətlərin inkişaf etdirilməsi üçün təkcə ikitərfəli deyil, çoxtərəfli əməkdaşlıq formatları əsasında qurulur. Azərbaycan Prezidentinin sonuncu Qırğızıstan və Qazaxıstana  reallaşan səfəri də bu qəbildəndir”.

 Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Məşhur Məmmədov deyib.
 Onun sözlərinə görə, bu səfərlər həm də  Türk dövlətləri arasında  hərtərəfli əlaqələrin  daha da dərinləşməsinə və inteqrasiyasına, xalqların yaxınlaşmasına, bütövləşməsinə  xidmət edir. “Azərbaycan Prezidentinin  Orta Asiya ölkələri ilə  əlaqələrin qurulmasının digər əsas  məqamı 44 günülük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın qaydalarına uyğun olaraq  həyata keçirilən siyasətin tərkib hissəsi kimi də yanaşmaq lazımdır. Belə ki, Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq  yeni regional əməkdaşlıq formatını özündə əxz etdirir”- o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın yaratdığı yeni reallıq qlobal çağırışların tələbinə uyğun olaraq  Qərblə Şərqi birləşdirən   qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında  sıx əməkdaşlıq formatını yaradıb, fayda götürməsinə, bölgədə  dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın yaranmasına xidmət edir:  “Azərbaycan bu gün Qərblə Şərqi, Şimalla Cənubi birləşdirən dəhlizlərin üzərində yerləşən ən əsas ölkələrdən biridir.  Azərbaycan bu əlverişli  imkanından istifadə edib logistik qovşaq ölkəyə çevrilib,  davamlı iqtisadi inkişafını təmin etməyə çalışır. Logistik bir qovşağa çevrilməsi üçün ölkəmizdə bütün infrastruktur mövcuddur və onun daha da təkmilləşdirilməsi, inkişaf etməsi istiqamətində  işlər davam etdilməkdədir.  

Cənab Prezident bu gün Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında çıxışı zamanı bəyan edib ki, 
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Əminəm ki, ölkə başçısının yürütdüyü  məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qarşısında duran hədəflərə nail olacaq. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Orta Dəhlizdə  tranzit yükdaşımaların şaxələndirilməsinə, Cənubi Qafqaz  və Orta Asiya ölkələri arasında sıx əməkdaşlığın yaranması, dayanıqlı sabitliyin, sülhün təmin olunmasına öz töhfəsini vermiş olacaq. Bütün bunlar  nəticə etibarı ilə Azərbaycan beynəlxalq aləmdəki rolunun möhkəmlənməsinə gətirib çıxaracaq”.

  Mürtəza
Demokratikmusavat.com

0.15111780166626