Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması), eləcə də Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi və tibbi avadanlıqla təchiz edilməsi (tibbi avadanlıqların alınıb quraşdırılması) ilə bağlı elan etdiyi 2 tenderə yekun vurub.
“Demokratikmusavat.com ” xəbər verir ki, tenderlərin qalibi “Azmedtech” MMC olub.
Qalib şirkətlə müvafiq olaraq 3 mln 618 min 225 manat və 4 mln 782 min 388 manat olmaqla ümumilikdə, 8 mln 400 min 613 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Azmedtech” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mahmudov Naib Bəhlul oğludur. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Ramiz Quliyev, ev 2, Döngə 2, dalan 1 olan şirkətin nizamnamə kapitalı 10 min manat təşkil edir.
Könül
Demokratikmusavat.com