“28 May” stansiyasında ciddi dəyişiklik: yenidən qurulacaq

 

Gələn il "Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının elektrik yarımstansiyası yenidən qurulacaq.

Demokratikmusavat.com quruma istinadən xəbər verir ki, modernləşdirmə işlərini dünyada bu sahə üzrə tanınmış “Siemens Smart Infrastructure” şirkəti yerinə yetirəcək.

Səhmdar cəmiyyətinin texniki tapşırığına uyğun olaraq, şirkət avadanlıqların istehsalına başlayıb. Bu şirkətlə əməkdaşlıqdan sonra ilk dəfə yarımstansiyalarda yalnız bir tərəfdaşın avadanlıqları quraşdırır. Bununla da fərqli avadanlıqların bir sistemin tələbinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğu daha səmərəli şəkildə təşkil edilir.

“Siemens”in istehsalı olan avadanlıq və sistemlər “İçərişəhər” stansiyasında və bir dartı-alçaldıcı yarımstansiyalardan birinin modernləşdirilməsində, “Nərimanov” elektrik deposu (2 yarımstansiya), “8 Noyabr” stansiyasında və onun üzərində yerləşən 35 kV-luq yeni elektrik yarımstansiyalarının qurulmasında istifadə olunub.

2023-cü ilin sonuna qədər “28 May” stansiyasının elektrik yarımstansiyasında işlərin, əsasən, yekunlaşdırılması planlaşdırılır.

0.18883419036865