Əsəd rejiminin 18 əsgəri öldü, 27-si yaralandı

 

Dəməşq əyalətində törədilən terror aktı nəticəsində 18 suriyalı hərbçi ölüb, 27-si isə yaralanıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, terror aktı əvvəlcədən avtobusa quraşdırılmış partlayıcı qurğunun partlaması nəticəsində baş verib.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Mürtəza
Demokratikmusavat.com

0.39405107498169