Papikyan: Ermənistanda hərbi təlimlər hamı üçün məcburi olacaq

 

“Üç aylıq hərbi təlimlərdən imtina edilir və bu təlimlər 25 günlük olacaq. Lakin bu təlimlər  Ermənistanda hərbi xidmətə cəlb olunanların hamısı üçün məcburi olacaq”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

O izah edib ki, real xidmət müddəti 21 gün olacaq, qalan 4 gün isə təşkilati işlərə sərf olunacaq.

Onun sözlərinə görə, təlimə cəlb olunan şəxs 7 gün hərbi hazırlıq təlimi keçəcək, 14 gün ərzində döyüş növbətçiliyini yerinə yetirəcək.

“Sərəncam tezliklə təqdim olunacaq, bu barədə əlavə məlumat verəcəyik. Biz vətəndaşlara müddət seçmək imkanı verəcəyik”, -  Papikyan bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.16570401191711