Ərdoğan Paşinyanla görüşdə nələri tələb edib? - Detallar

 

Türkiyənin “Al Monitor” portalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüşün təfərrüatlarını yazıb.

Demokratikmusavat.com ” xəbər verir ki, portala açıqlama verən mənbənin sözlərinə görə, Paşinyan erməni hərbi əsirlərin azad edilməsi və sərhədlərin demarkasiyası ilə bağlı dəstək üçün Ərdoğana müraciət edib. Mənbələrin dediyinə görə, Paşinyan Bakının sərhədlərin SSRİ-dən əvvəlki xəritə əsasında  yox, sovet dövrünün xəritəsi əsasında müəyyənləşdirilməsinə razı salmağı xahiş edib. O bildirib ki, Bakının bu tələbi Ermənistanın böyük ərazi itirilməsi ilə nəticələnəcək.

“Al Monitor”un məlumatına görə, Ərdoğan da öz növbəsində Paşinyandan uydurma erməni soyqırımından beynəlxalq səviyyədə tanınmasından imtina etməyi və Zəngəzur dəhlizinin açılmasını tələb edib.

Ankara hesab edir ki, artıq top indi İrəvanın meydançasındadır.

Mətbu orqanı onu da yazır ki, İrəvanın və Paşinyanın Rusiya təsirindən qurtulmaq üçün Türkiyə ilə yaxınlaşması məntiqli bir yoldur.

"Ankara və Bakı İrəvana sülh əli uzatsa da, Paşinyan isə bu istiqamətdə konkret addım atmır. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı məsələdə tam fərqli mövqe sərgiləyir və dəhlizin açılmasına razılıq vermir. Paşinyanın Zəngəzur dəhlizinə razılıq verməməsi, əks təzyiq reaksiyaları ilə qarşılanır.  

Bu da öz növbəsində Paşinyanın manevr imkanlarını məhdudlaşdırmaqdan və Ermənistana isə  tam iflasdan başqa heç nə vəd etmir. 

Əgər Paşinyan Qarabağın gələcəyi ilə bağlı çeviklik nümayiş etdirib, ermənilər üçün azlıq statusu ilə razılaşa bilsə, bu cür çeviklik sülh üçün böyük şans olardı. Bu zaman Ərdoğan tərəfləri sülhə sövq edəcək mövqeyə keçməklə kömək edə bilər”, - mətbu orqanı yazır.

Mürtəza
Demokratikmusavat.com

0.20796918869019