Ukraynanın keçmiş prezidentinə və müdafiə nazirinə sanksiya tətbiq edilib

 

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edib.

Demokratikmusavat.com xəbər verir ki, qərar artıq qüvvəyə minib.

Qərara əsasən 4 nəfərə sanksiya tətbiq edilib. Siyahıya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, keçmiş müdafiə naziri Pavel Lebedev, media maqnatı Sergey Kurçenko və rusiyalı iş adamı Sergey Deripaska daxildir.

10 il qüvvədə olacaq sanksiya çərçivəsində onların Ukraynadakı aktivləri bloklanacaq.

0.12347006797791