Paralel.az " x ..."> Paralel.az " x ...">

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

 

UEFA Belarus milli komandasını öz bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırmayacaq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin "Sport Bild" nəşrinə açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, bunun üçün heç bir əsas yoxdur: "Hamını kənarlaşdırın" çağırışı bir az populist səslənir. Bunun üçün heç bir səbəb görmürük. Nəsə dəyişsə, mütləq cavab veriləcək. Siyasətçilər qərar vermək gücümüzə hörmət etməlidirlər. Biz də öz növbəmizdə onların işinə qarışmırıq".

Qeyd edək ki, daha əvvəl FIFA və UEFA Ukraynadakı müharibə səbəbindən Rusiyalı yığmasını və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb.(Report)

0.1366171836853