Ukraynanın hücumları qışda da davam edəcək - Pentaqon

 

Ukraynaya öz maraqlarını və suveren ərazisini müdafiə etmək üçün əlimizdən gələni etməyə hazırıq.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin danışıb.

"Ukraynadan qışda öz ərazisini geri qaytarmaq və döyüş meydanında effektiv olmaq üçün əlindən gələni etməyə davam edəcəyini gözləyirəm. Biz də onların (ukraynalılar - red.) səmərəlilik üçün lazım olan hər şeyə sahib olmasına əmin olmaq üçün əlimizdən gələni edəcəyik. ", - Ostin vurğulayıb.

0.12256383895874