Türkiyədən ABŞ-ın F-16 tədarükü ilə bağlı qərarına münasibət

 

Türkiyə ABŞ-ın F-16 tədarükü ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını müsbət qiymətləndirir.

Demokratikmusavat.com xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ABŞ Konqresinin Senatının Ankaraya F-16 qırıcılarının tədarükü ilə bağlı qanun layihəsindəki məhdudiyyətlərin aradan qaldırmasını müsbət məqam adlandırıb.

Kalın Nümayəndələr Palatasında da eyni qərarın veriləcəyinə ümid etdiyini bildirib.

Türkiyə tərəfi qırıcıların Yunanıstan hava məkanını işğal etmək üçün istifadə olunmayacağına dair zəmanət verib.

0.13149905204773