Gələn il Ukraynaya lazım olacaq məbləğ açıqlandı

 

2023-cü ildə Ukraynaya 55 milyard dollardan çox vəsait lazımdır, bunun 17 milyardının yenidənqurma layihələrinə xərclənməsi planlaşdırılır.

Demokratikmusavat.com ” xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun konfransında onlayn çıxışı zamanı bildirib.
Ətraflı

“Ukraynanın ciddi maliyyə dəstəyinə ehtiyacı olacaq. Söhbət 2023-cü ildə 55 milyard dollardan çox puldan gedir”, - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, bu məbləğə büdcə kəsirinin ödənilməsi üçün ayda 3,5 milyard dollar və “təcili” yenidənqurma layihələri üçün 17 milyard dollar daxildir.

0.17505097389221