Putindən böhran açıqlaması: “Türkiyədə böyük mərkəz qura bilərik”

 

Rusiya Prezidenti Vladimir Putin Moskva enerji həftəsi konfransında çıxış edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya lideri Krımdakı hücumdan tutmuş “Şimal axını”nın təxribatına qədər bir çox mövzuda diqqətçəkən açıqlamalar verib.

Putin Krım körpüsünə hücumun arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu açıqlayıb:
 “Kim Rusiya ilə Qərb arasında gərginliyi artırmaq istəyirsə, “Şimal axını” təxribatının arxasında da onlar dayanıb”,- deyə o əlavə edib.

Rusiyanın enerji müqavilələri qarşısında öhdəliklərini yerinə yetirdiyini vurğulayan Putin “Şimal axını”nın təmirinin mümkün olduğunu bildirib.

Rusiya lideri deyib ki, Rusiya “Şimal axını 2” ilə qaz tədarük etməyə hazırdır. 

Putin Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğunu da vurğulayıb.
"Türkiyədə Avropa üçün böyük təbii qaz qovşağı yaradıla bilər", - Rusiya lideri bildirib. 
Rusiyanın qışda da daxil olmaqla Avropaya enerji çatdırmağa hazır olduğunu bildirən Putin əlavə edib ki, “top onların meydanındadır”.

Billurə

0.48777389526367