Con Bolton: Bunu edərsə, Putinə sui-qəsd təşkil olunacaq

 

Rusiya Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə,  ABŞ-ın Rusiya lideri Vladimir Putinə sui-qəsd  təşkil edə bilər.

Demokratikmusavat.com ” xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış Con Bolton İngiltərənin LBC radiosuna açıqlaması zamanı çıxış edib.

 “ABŞ-ın Putin kimi dünya liderini  aradan götürmək gücü varmı” sualına Bolton belə cavab verib: “Onu ələ keçirə biləcəyimiz fikri ilə razı deyiləm.  Məncə o da bunun fərqindədir. Biz birinin ABŞ üçün təhlükə olduğuna qərar verdikdə nə baş verdiyini  soruşa bilərsiniz. İranda Qasım Süleymaniyə…”.

Bolton bildirib ki, Putin bir gün bütün bunların bir gün cavab verəcəyini anlamalıdır.

Mürtəza
Demokratikmusavat.com

0.12998199462891