ABŞ-ın əsas işi önümüzdəki həftələrdə və aylarda Bakı və İrəvanla davamlı olaraq yüksək səviyyədə əlaqələrin davam etdirilməsi olacaq.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında bildirib.
Prays ABŞ dövlət katibi Entoni Blinkenin Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli görüşünü xatırladıb. O, bunun son hərbi əməliyyatlardan sonra belə bir formatda ilk görüş olduğunu, eləcə də dövlət katibinin Azərbaycan və Ermənistan XİN başçıları ilə son telefon danışıqlarını da vurğulayıb.
O bildirib ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Filip Riker həm Bakı, həm də İrəvanla gündəlik təmasdadır. “Mən konkret nəticə vəd edə bilmərəm, lakin söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq”, - Dövlət Departamentinin rəsmisi əlavə edib.
Mürtəza
Demokratikmusavat.com