Kerç boğazı üzərindən körpüdə törədilən terror aktı ilə bağlı cinayət işi üzrə 8 nəfər saxlanılıb, onlardan 5-i Rusiya, 3-ü Ukrayna və Ermənistan vətəndaşıdır.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Ximətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Partlayıcı qurğu ümumi çəkisi 22 770 kiloqram olan 22 altlıq üzərində tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib”, - press-relizdə deyilir.
Avqustun əvvəlində Kiyev şirkəti Translogistic UA MMC ilə Bolqarıstanın Baltex Capital SA şirkəti arasında 02/08/2022 saylı müqavilə əsasında yük Odessa dəniz limanından Bolqarıstanın Ruse limanına göndərilib.
Bolqarıstandan Gürcüstanın Poti limanına, oradan isə Ermənistana gedib. Köçürmədə Ukrayna vətəndaşları Tsyurkalo Mixail, Kovaçs Denis, Solomko Roman, Gürcüstan vətəndaşları İnosaridze Sandro, “Levan” adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan iştirak ediblər.
Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvandakı “Transalliance” terminalında yük Aİİ qaydalarına uyğun rəsmiləşdirilib və sənədlər dəyişdirilib. İndi göndərən “GU AR GROUP” MMC (Ermənistan, Alaverdi), alıcı isə “Lider” MMC-dir (Moskva).
Gürcüstanda qeydiyyatda olan “DAF” markalı yük avtomobili ilə yük oktyabrın 4-də Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədindən keçib, iki gün sonra Armavirdəki topdansatış bazasına çatdırılıb və boşaldılıb.
Oktyabrın 7-də Ukrayna vətəndaşı R.Solomko Vladimir Vasilyeviç Zlob və daha 5 Rusiya vətəndaşının köməyi ilə yükün sənədləri yenidən dəyişdirilib. Göndərən kimi Ulyanovskdan TEK-34 MMC, alıcı kimi isə Krımda mövcud olmayan şirkət göstərilib.
“Həmin gün altlıqlar Rusiya vətəndaşı 1971-ci il təvəllüdlü Mahir Yusubovun yük maşınına yüklənib və Simferopola yola düşmüş. 2022-ci il oktyabrın 8-də saat 6:03-də Krım körpüsündən keçərkən partlayış baş verib”, - FTX-nın məlumatında deyilir.
Bütün marşrut boyunca yüklərin hərəkətinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı nəzarət edib. O, özünü sxem iştirakçılarına “İvan İvanoviç” kimi təqdim edib. Hərəkətləri əlaqələndirmək üçün o, virtual anonim nömrədən, həmçinin Kremençuq sakini Sergey Andreyçenkoya qeydiyyatdan keçmiş telefondan istifadə edib.
Mürtəza
Demokratikmusavat.com