Çavuşoğlu Əsəd rejimi ilə dialoqdan danışdı

 

Sülhə nail olmaq üçün Suriya rejimi ilə dialoq yardılmalıdır.

“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu deyib.
Suriyadakı müharibədən daha çox Türkiyənin ziyan çəkdiyini  deyən  Çavuşoğlu bildirib ki,  Suriyada qan tökülməsini istəmirik: “Sülhə nail olmaq üçün Suriya rejimi  ilə (yəni Bəşər Əsədlə-red) danışıqlar aparılmalı və dialoq mühiti yaradılmalıdır. Hazırda belə bir plan yoxdur, lakin gələcəkdə təmaslar ola bilər.  Türkiyənin  siyasi proseslə bağlı səyləri son dərəcə səmimidir”.

Mürtəza
Demokratikmusavat.com

0.12079381942749