Kursk və Belqorodda rus hərbi bazası və S-300-lər məhv edilib

 

Rusiyanın Kursk və Belqorod vilayətləri ərazisində partlayışlar nəticəsində rus hərbi bazası və S-300 zenit-raket kompleksləri məhv edilib. Burmakinoda isə Rusiya Federasiyası Müdafiə Nazirliyinin silah-sursat anbarı yanıb.

Demokratikmusavat.com ” xəbər verir ki, Kursk vilayətinin Qluşkovski rayonunun Tetkino şəhərində rus işğalçılarının bazasına zərbə endirilib. Yaralılar və ölənlər barədə məlumat yoxdur.

Bundan əlavə PUA idarəetmə mərkəzi məhv edilib. 

Rusiyanın regional Teleqram kanalları da Bryansk vilayətində səfərbər edilmiş ehtiyatda olan hərbçilərin poliqonuna zərbə endirilməsi barədə məlumat yayıb. Lakin Ukrayna tərəfdən heç kim bunu təsdiqləməyib.

Daha bir hadisə Yaroslavl vilayətinin Burmakino şəhərində baş verib. Dəniz Qüvvələrinə məxsus silah-sursat anbarında partlayış olub və sosial mediada yanğının videosu yayılıb.

Mürtəza
Demokratikmusavat.com

0.11638712882996