UEFA-dan iki azərbaycanlıya TƏYİNAT

 

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.

Demokratikmusavat.com xəbər verir ki, AFFA-nın rəsmi saytının məlumatına görə, o, Slovakiyada “Slovan” və İsveçrə “Bazel”i arasında keçiriləcək qrup mərhələsinin IV tur matçında hakimlərin işinə qiymət verəcək.

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov isə eyni turda keçiriləcək “Styaua” (Rumıniya) – “Silkeborq” (Danimarka) görüşündə UEFA nümayəndəsi olacaq.

Qarşılaşmaların hər ikisi oktyabrın 13-də oynanılacaq.

0.13071489334106