Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya səfərə dəvət edilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı bildirilib.
Moldovanın Baş naziri Nataliya Qavrilitsa deyib:
“Cənab Prezident, Zati-aliləri, sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha sizə çatdırıram".