Çavuşoğlu Kuleba ilə Ukraynadakı son hadisələri müzakirə etdi

 

Türkiyə və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Dmitri Kuleba arasında telefon danışığı baş tutub. 

Demokratikmusavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-də olan mənbə yayıb. 

Nazirlər söhbət zamanı Ukraynada hazırda baş verən hadisələri müzakirə ediblər. 

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var.

0.38640403747559