Millət vəkili intihar edən tələbələrdən yazdı - FOTO

 

Millət vəkili Etibar Əliyev son günlərdə intihar edən tələbələrdən yazıb.

Demokratikmusavat.com xəbər verir ki, o, bu cür halların dərindən təhlil olunması gərəkfiyini yazıb:

“2016-cı ilin oktyabrın 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu intihar etmişdi. H. Abbasov qəbul imtahanlarından 670 bal toplayıb bu Ali məktəbə daxil olmuşdu. 

2022-ci ilin Oktyabr ayının 7-də UNEC-in 4-cü kurs tələbəsi Şəhriyar Səmədov Bakının Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Şəhriyar 684.8 bal toplayaraq, UNEC- ə qəbul olunmuşdu. O, həm də Prezident təqaüdçüsü idi. Etiraf edək ki, hər iki Ali məktəbdə yüksək təhsil mühiti formalaşdırılıb. 

Ancaq belə bir analogiya! Bu iki dəyərli gəncin özlərinə qəsd etmələri insanın qanını dondurur. İntihar aktları dərindən təhlil olunmalıdır. Əlbəttə ki, bu, sosioloqlarla psixoloqların işidir. Ali məktəblərdə Sosiologiya və Psixologiya elmlərinin tədrisi dalana sıxılıb. Müəllimlərin fənlərdəki yeniliklərdən xəbərləri yoxdur. Fəlsəfə isə ümumiyyətlə yığışdırılır. Cəmiyyət və fərdlə bağlı 3 elm sahəsinin tələbələrə tədrisi acınacaqlı durumdadır. Televiziyaları isə tənqid etmək olmaz. Bu sırf təfəkkür məsələsidir”,- deyə o qeyd edib.

Billurə Yunus

 

0.39143300056458