Toy ölümcül atışma ilə başa çatdı - VİDEO

 

31 yaşlı Elvar Əmiraslanov Moskvadan Sankt-Peterburqa dostları ilə ziyafətə gəlib.

Vitebski prospektindəki “Avropa” restoranında keçirilən toy şənliyinin sonunda o, 26 yaşlı yerli Vüqar Namazəliyevlə mübahisə edib. Bu zaman Moskvadan gələn qonaq “Qroza-01” travmatik tapançasından (9 mm çaplı) rəqibinə azı beş dəfə atəş açıb.

Yaralanan Elvar obyekti tərk etmək istəsə də, bir anda yeriyə bilməyib və yıxılıb. Valideynləri Namazəliyevi xəstəxanaya aparsalar da, o, yolda dünyasını dəyişib.

Əmiraslanov saxlanılıb. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

0.14117503166199