Evlərini təmir edərkən tapdıqları xəzinəni fantastik qiymətə satdılar

 

İngiltərənin Şimali Yorkşir əyalətinin Ellerbi kəndindən olan cütlük 2019-cu ildə evlərinin təmiri zamanı tapılan qızıl dəfinəni 754 min funta ( təxminən 1 milyon 421 min manat) satıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

2019-cu ildə 10 ildən çox yaşadıqları 18-ci əsrdən qalma evlərində beton döşəməni sökərkən cütlük əvvəlcə elektrik kabelinə rast gəldiklərini düşünüblər. Lakin məlum olub ki, bir neçə əsr yaşı olan 264 ədəd qızıl sikkə olan gildən lövhələr döşəmənin altında basdırılıb.

Diqqətlə araşdırdıqda məlum olub ki, sikkələr 1610-cu ildən 1727-ci ilə qədər - Krallar I Yakov, I Karl və I Corcun hakimiyyəti dövründə buraxılıb.

Londonun “Spink&Son” hərrac evinin ekspertləri tapıntını 250 min funt sterlinq dəyərində qiymətləndiriblər ki, bu da 2019-cu ilin qiymətləndirməsidir. Lakin nəticədə xəzinə 754 min funt sterlinqə satılıb.

Müəyyən edilib ki, sikkələr əsrlər boyu ağac, kömür və dəmir filizi alveri ilə məşğul olan, həmçinin Britaniya parlamentinin üzvləri olan Fearnley-Meister tacir ailəsinə məxsus olub.

0.13453602790833