Aİ 15 minə qədər ukraynalı hərbçiyə təlim keçə bilər

 

Avropa İttifaqının (Aİ) Ukrayna Silahlı Qüvvələri üçün təlim missiyasının yaradılması planları təxminən 15 min nəfərin təlimini nəzərdə tutur.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl oktyabrın 5-də təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib ki, Aİ oktyabrın 17-də missiyanı işə salmaq niyyətindədir.

Missiyanın mandatı iki ildir və missiya çərçivəsində Polşa və Almaniyada iki qərargah yaradılacaq.

0.12460613250732