Gürcüstanda məcburi aborta görə 4 ildən 20 ilədək həbs cəzası müəyyənləşir

 

Gürcüstanda “məcburi abort” və qadının icazəsi olmadan hamiləliyin dayandırılması anlayışları Cinayət Məcəlləsinə daxil edilir.

"Demokratikmusavat.com" xəbər verir ki, bazar ertəsi parlamentin büro iclasına təqdim ediləcək qanun layihəsi Avropa Komissiyasının tövsiyələri əsasında hazırlanıb və gender bərabərliyinin gücləndirilməsi, həmçinin qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi daşıyır.

Qanun layihəsi qadının icazəsi olmadan hamiləliyin sonlandırılmasına görə 4 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutur. Bu hal irqi, dini, milli və etnik ayrıseçkilik səbəbilə, həmçinin başqa cinayət hadisəsinin ört-basdır edilməsi, orqan nəqli məqsədilə törədilərsə cinayət məsuliyyətinin ağırlaşdırılması nəzərdə tutulur.

Qanun layihəsinə görə, qadının icazəsi olmadan aparılan abort onun ölümü ilə nəticələndikdə xüsusi amansızlıq halı kimi qiymətləndiriləcək və bu hala görə 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulacaq.

Gürcüstan Cinayət Məcəlləsinə dəyişiklikdən sonra qadını hamiləliyini başa çatdırmağa məcbur edilməsinə görə 2 ildən 6 ilədək, ağırlaşdırılmış şərtlərdə isə 7 ildən 11 ilədək həbs cəzası nəzərdə tutulacaq.

0.43310904502869