Kraliyyət ailəsində İLK DƏFƏ - “Qızıl kürə əməliyyatı”nın YENİ DETALLARI üzə çıxdı

 

İngiltərə kraliçası II Elizabetin ölümü ilə 70 illik dövr başa çatıb və diqqət İngiltərədə başqa bir mərasimə yönəlib: Kral III Çarlzın tacqoyma mərasimi.

Demokratikmusavat.com xəbər verir ki, “Mail on Sunday” qəzeti “Qızıl kürə əməliyyatı” adı verilən mərasimlə bağlı yeni məlumatlar əldə edib.

Məlumata görə, mərasim qeyri-adi şəkildə baş tutacaq.

Anasının tacqoyma mərasimindən fərqli olaraq, Kral 3 saat yerinə 1 saat çəkən sadə mərasimlə taclanacaq. Qədim və vaxt aparan rituallar, o cümlədən hökmdara qızıl külçələr təqdim etmək vaxta qənaət etmək üçün baş tutmayacaq.

Sadə mərasimdə minlərlə zadəgan da öz payını alacaq. Əldə edilən məlumata görə, qonaqların sayı 8 mindən 2 minə endiriləcək.

Mərasimlə bağlı hələlik rəsmi açıqlama olmasa da, yeni kralın rəsmi şəkildə iyunun 3-də tac qoyacağı gözlənir.

Kral Çarlz gələn il tacqoyma mərasimində 74, həyat yoldaşı Kamilla isə 76 yaşında olacaq. O, indiyədək tac qoymuş ən yaşlı kral sayılacaq.

Qeyd edək ki, İngiltərə krallarının ən yaşlısı 1830-cu ildə 64 yaşında tac qoyan IV Uilyam olub. Onun hakimiyyəti cəmi 7 il davam edib.(musavat.com)

0.16757202148438