“Gecə saatlarında rus işğalçıları Zaporojyenin dinc sakinlərinə növbəti dəfə raket zərbəsi endiriblər. Hündürmərtəbəli bina dağıdılıb. İlkin məlumata görə, 12 nəfər ölüb, altısı uşaq olmaqla azı 49 nəfər yaralanıb”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi feysbukda yazıb.
Onun sözlərinə görə, iki il əvvəl Azərbaycanın Gəncə şəhərinin dinc sakinləri də analoji faciəni yaşamışdılar:
“O zaman 2020-ci ilin oktyabrın 4-dən 11-dək olan müddətdə düşmənin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 3-ü uşaq olmaqla 32 Gəncə sakini həlak olmuşdur. Düşmənin hədə-qorxu gəlməsi o zaman işə yaramadı, indi də belə olacaq!”.