Almaniyada qatarların hərəkətində fasilə yarandı: Təxribat şübhəsi

 

Almaniyanın şimalında oktyabrın 8-də kommunikasiya xətlərinin zədələnməsi səbəbindən dəmir yolu hərəkəti dayanıb.

Demokratikmusavat.com xəbər verir ki, dəmiryolunun radio rabitə şəbəkəsi tamamilə sıradan çıxıb.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, uğursuzluq Berlin yaxınlığındakı kabel kanalında naməlum şəxslərin məlumat xəttini kəsməsi səbəbindən baş verib. Həmçinin Dortmund yaxınlığında da oxşar təxribat aktı olub.

Almaniyanın şimalında baş verən hadisə ilə bağlı ICE, IC və EC tipli qatarlar dayanıb. Bəzi şəhərlərdə regional qatarlar işləməyib.

Artıq aidiyyatı orqanlar araşdırmalara başlayıb.

0.16410303115845