Rusiya Moldovaya nota verdi

 

Rusiya Federasiyasının Moldovadakı səfirliyi yerli hökumətə etiraz notası göndərib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nota Rusiyanın Kişinyovdakı səfirliyinin binası önündə keçirilən aksiya ilə bağlı olub.

Məlumata görə, etirazlar zamanı səfirliyin binasına ziyan dəyib.

Qeyd edək ki, sözügedən aksiya oktyabrın 7-də baş tutub.

0.28030705451965