Fransa vətəndaşlarına çağırış etdi: İranı təcili tərk edin

 

Fransa Xarici İşlər Nazirliyi İranda olan vətəndaşlara mümkün qədər tez ölkəni tərk etməyi tövsiyə edib.

 “Demokratikmusavat.com ” xəbər verir ki, bununla bağlı Fransa XİN məlumat yayıb.
“İranda olan Fransa vətəndaşlarından özbaşına həbsolunma risklərini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etmələri xahiş olunur”, - Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik bildirib ki, İranda olan fransızlar həbs olunmaq və ədalətsiz mühakimə olunmaq təhlükəsi ilə üzləşiblər.

“Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşlara konsulluq müdafiəsi təmin etmək imkanları çox məhduddur” -  məlumatda deyilir.

Mürtəza
Demokratikmusavat.com

0.12287402153015