Ərdoğan təcili Putinlə görüşmək istəyir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Rusiya lideri Vladimir Putinlə Türkiyə-Rusiya münasibətlərini müzakirə etmək üçün yaxın günlərdə görüşmək istəyir.

Demokratikmusavat.com ”  xəbər verir ki, Putini doğum günü münasibətilə təbrik edən Ərdoğan telefon danışığı zamanı yaxın günlərdə görüşmək arzusunu bildirib.

“Mən onu (Putini) təbrik etmək istədim və o, indiki prosesdə vasitəçiliyimizə görə təşəkkür etdi. Bundan əlavə, yaxın 3-4 gün ərzində münasibətlərimizlə bağlı ətraflı görüş keçirə bilsək, yaxşı olardı. Əgər Putin Asiya danışıqlarına gələ bilsə, biz ikitərəfli danışıqlar, eləcə də Rusiya və Ukrayna ilə bağlı danışıqlar apara biləcəyik. Razılaşmalarımız var idi. Həm telefonla, həm də Asiyada təmaslarımız olacaq”, - Türkiyə lideri jurnalistlərə deyib. 

Mürtəza
Demokratikmusavat.com

0.13642382621765