Sahil Babayevin əlillərə qarşı törətdiyi cinayətlərə hökumət niyə göz yumur?

 

ƏƏSMN xalq üçün ölüm mənbəyinə çevrilib

Azərbaycan prezidentinin xarici siyasət sahəsində ölkəmizə qazandırdığı uğuru daxilimizdə olan düşmənlər heçə endirməyə çalışır, xalqı hökumətdən iyrəndirməklə, ölkəmizdə mövcud olan sabitliyi pozmağa kökləniblər.

Ölkə prezidenti Ermənistanın baş naziri N. Paşinyanı bütün mötəbər beynəlxalq yığıncaqlarda susdurur. Bu hal həm Ermənistan dığalarını, həm Beynəlxalq erməni lobbisi nökərlərini, həm də damarında erməni qan axan erməni soyluları çox əsəbləşdirir.

Hazırda Azərbaycanın bir sıra mühüm dövlət vəzifəsini ələ keçirmiş ermənilərlə qohumluq əlaqəsi olan elə şəxslər var ki, onların xalqımıza qarşı törətdiyi cinayətlər heç də ermənilərin törətdiyi cinayətlərdən geri qalmır.
Bu sırada yer alan yüksək vəzifəli şəxsləri xalq adı ilə çağırır.

Xalq dövlət televiziya və mediasına söz demək üçün yaxına buraxılmır, lakin internetdə fəaliyyət göstərən müstəqil sayt və internet televiziyalarında dövlər orqanları rəhbərlərinin xalqa yaratdıqları problemlərdən narazılıq və ciddi tənqidi edirlər.

Heç kim inkar edə bilməz ki, xalqı ən çox narahat edən və qəzəb dəryasında boğan dövlət orqanları arasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi liderdir.

Bu nazirliyin rəhbərliyinə 2018-ci ilin aprelində gətirilən Sahil Babayev düz 4,5 ildir xalqın əlil və zəlil təbəqəsini məhv edir. İnternet media və sosial şəbəkələrdə ƏƏSM nazir Sahil Babayevin ünvanına xalqın söylədiyi tənqidi, həcv, bir çox halda təhqiri hansı məxluqun ünvanına deyilsəydi, yəqin ki, baş götürüb ölkədən gedərdi, amma o və onu himayə edənlər xalqa üst-üstə çəkilən dağdan ləzzət almaları aydın görünür.

Ölkədə pis niyyətlə xalqı qəzəbləndirən və nifrətini gücləndirən yalnız ƏƏSMN olsaydı, bəlkə də, yenə dərd yarı olardı. Bahalıq, kasadlıq, işsizluk yaradaraq Xalqı hövsələdən çıxaran dövlət qurumlarının bir çox rəhbər vəzifəli şəxsləri hələ də ölkədə və dünyada baş verən qlobal böhranın yaratdığı durumun nəticələrini aradan qaldırmaq barədə düşünmürlər.

Cənab prezidentin tapşırıq və tövsiyyələrini pozduqları üçün həbs olunan, məhbəsdə dünyasını dəyişən məmurların düşdükləri ağır durumdan da düz nəticə çıxarmırlar.

Xalqı hökumətdən küsdürən və qəzəbini coşduran ən müdhiş təhlükə əksər dövlət orqanlarında açıq-aşkar vüsət alan rüşvətin, korrupsiyanın, qohumbazlığın, yerlibazlığın, dostbazlığın və digər mənfiliklərə qucaq açan "bazlıqların" dövlətdə getdikcə şiddətlənməsidir.

Azərbaycanın problemləri çoxdur. Bu problemlərin ən çətini rüşvət və korrupsiyadır.

Səfurə

0.13768982887268