Yol polisinin əməkdaşı yeni vəzifəyə təyin edilib

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli yeni vəzifəyə təyin edilib.

Demokratikmusavat.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, T.Nəsirli BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə ona polis kapitanı rütbəsi verilib.

BDYPİ-dən fakt təsdiqlənib.

0.41811585426331