Çeçenistan xalqı Rusiyanın maraqlarını, öz adət-ənənələrini və dinini sona qədər müdafiə edəcək.
Demokratikmusavat.com axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
“Dövlətimizin mənafeyini, adət-ənənələrimizi, dinimizi sona qədər müdafiə edəcəyik. Əcdadlarımız əsrlər boyu qanunlara uyğun yaşayıb, Quranı müdafiə etməyiblər ki, bu gün ruhi xəstə avropalılar öz şeytani iyrəncliyini bizə sırısınlar”, - Kadırov bildirib.
O qeyd edib ki, 10 minə yaxın çeçen artıq cəbhə xəttində döyüşür:
“Bu günlərdə xüsusi əməliyyat zonasına əlavə xüsusi təyinatlı alaylar gedəcək. Hər gün bizim dəstələrimizə könüllülər qoşulur. Bu, Əhməd Kadırovun (Çeçenistanın keçmiş rəhbəri - red.) və Vladimir Putinin xəyal etdiyi Rusiya cəmiyyətinin konsolidasiyasıdır”.