İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən onlarla şəxs saxlanıldı

 

İtaliyanın hüquq-mühafizə orqanları Avropaya kokain keçirməyə cəhd edən cinayətkar qrupu zərərsizləşdirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.

Məlumata görə, 300-ə yaxın polis “Ndrangheta” mafiyası ilə əlaqəli peşəkar cinayət sindikatının üzvlərinə qarşı reydlərdə iştirak edib. Bir neçə əyalətdə axtarışlar aparılıb, nəticədə 31 nəfər saxlanılıb, 7 milyon avro dəyərində vəsait müsadirə edilib.

İstintaq, həmçinin Cənubi Amerikadan Kalabriyaya iki ton ağırlığında kokainin çatdırılmasını təşkil edən cinayət başçılarını müəyyən etməyə imkan verib. Onlar da xüsusi əməliyyat zamanı saxlanılıblar.(Report)

0.46629810333252