"Zelenskinin bəyanatı dünya müharibəsinə çağırışdır"

 

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri Zelenskinin Rusiyaya qarşı qabaqlayıcı zərbələr barədə bəyanatına xüsusi diqqət yetirməlidir.

Demokratikmusavat.com xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, ABŞ və Böyük Britaniya faktiki olaraq Kiyevin fəaliyyətinə cavabdehdirlər və buna görə də Zelenskinin bəyanatlarına görə məsuliyyət daşımalıdır.

"Zelenskinin bəyanatları gözlənilməz dəhşətli nəticələri olan dünya müharibəsinə başlamaq çağırışından başqa bir şey deyil", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, NATO Rusiya Federasiyasına qabaqlayıcı zərbələr endirməlidir, Rusiyanın nüvə zərbələrini gözləməməlidir.

0.4331271648407