Yunanıstan sahillərində miqrantları daşıyan gəmi batdı: Çox sayda insan həlak oldu

 

Yunanıstanın Lesbos adasının sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.

Gəmidə 40-a yaxın adam olub. Bildirilir ki, 5 nəfər xilas edilib.

20 nəfərin taleyi ilə bağlı hələlik məlumat yoxdur.(oxu.az)

0.16628909111023