Azərbaycan millisi FIFA reytinqində irəliləyib

 

Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib.

Demokratikmusavat.com xəbər verir ki, Canni de Byazinin baş məşqçi olduğu komanda hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub. 

Yığmamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Üç pillə irəliləyən Türkiyə seçməsi 1460 xalla 45-ci yeri tutub.

Siyahıya 1831 xalla Braziliya başçılıq edir.(oxu.az)

0.12709403038025