Stoltenberq Ukrayna ordusunun son uğurlarına görə Zelenskini təbrik edib

 

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Stoltenberq “Twitter"də bildirib.

"Prezident Zelenski ilə danışdım və cəsarətli Ukrayna xalqını və ordusunu öz ərazilərini rus təcavüzkarlarından geri alması istiqamətində irəliləyişə görə təbrik etdim. Rusiya başladığı bu müharibəni dayandırmalıdır. NATO lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək və bu dəstəyi gücləndirəcək", Stoltenberq vurğulayıb.

0.14777398109436